Azərbaycanda işıq keçirən sistem istehsalçılarının forumu keçiriləcək

Azərbaycanda işıq keçirən sistem istehsalçılarının forumu keçiriləcək Bakı. 31 yanvar. REPORT.AZ/ Aprelin 12-15-də Qəbələ rayonunda işıq keçirən sistem istehsalçılarının sayca 15-ci beynəlxalq toplantısı – StiS Forum 2019 keçiriləcək.
Biznes
31 Yanvar , 2019 16:09
Azərbaycanda işıq keçirən sistem istehsalçılarının forumu keçiriləcək

Bakı. 31 yanvar. REPORT.AZ/ Aprelin 12-15-də Qəbələ rayonunda işıq keçirən sistem istehsalçılarının sayca 15-ci beynəlxalq toplantısı – "StiS Forum 2019" keçiriləcək.

“Report” xəbər verir ki, bir sıra Şərqi Avropa və Orta Asiya ölkələrinin şüşə və pəncərə qurğuları bazarının ən iri tədbiri olan forumda 250 nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən forum Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya, Ukrayna, Polşa, Belarus, Finlandiyadan pəncərə sistemləri və şüşə istehsalçısı, habelə əmlak və sərmayə şirkətlərinin rəhbərlərini birləşdirir.

Son xəbərlər

Orphus sistemi