Azərbaycanda investisiya təşviqi sənədi alan sahibkarlar ölkə iqtisadiyyatına 3 mlrd. manat pul cəlb ediblər

Azərbaycanda investisiya təşviqi sənədi alan sahibkarlar ölkə iqtisadiyyatına 3 mlrd. manat pul cəlb ediblər Bakı. 18 fevral. REPORT.AZ/ Bu günə qədər Azərbaycanda sahibkarlara 345 investisiya təşviqi sənədi verilib.
Biznes
18 Fevral , 2019 11:44
Azərbaycanda investisiya təşviqi sənədi alan sahibkarlar ölkə iqtisadiyyatına 3 mlrd. manat pul cəlb ediblər

Bakı. 18 fevral. REPORT.AZ/ Bu günə qədər Azərbaycanda sahibkarlara 345 investisiya təşviqi sənədi verilib.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, bu çərçivədə ölkə iqtisadiyyatına 3 mlrd. manat investisiya qoyulub və 22 min yeni iş yeri yaradılıb.

“2018-ci ildə özəl sektor ümumi daxili məhsulda 84% paya malik olub, əhalinin məşğulluğunun 76%-ni təmin edib”, - nazir deyib.

Son xəbərlər

Orphus sistemi