Azərbaycanda ilk dəfə beynəlxalq hədiyyələr və promo məhsulları sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq hədiyyələr və promo məhsulları sərgisi keçiriləcək Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-22-də Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi - “Gift&Promo Fair 2018” keçiriləcək.
Biznes
5 Sentyabr , 2018 10:41
Azərbaycanda ilk dəfə beynəlxalq hədiyyələr və promo məhsulları sərgisi keçiriləcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-22-də Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi - “Gift&Promo Fair 2018” keçiriləcək. 

"Report"a daxil olan məlumata görə, tədbir Bakıdakı otellərdən birində baş tutacaq. 

“Gift&Promo Fair 2018” sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişaf təmayüllərini əks etdirəcək. 

Son xəbərlər

Orphus sistemi