Yuxarı
    Bağlamaq

    Azərbaycanda ilk balıq yemi istehsalı zavodunun məhsulları mart ayından yerli bazara çıxarılacaq

    Zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir

    Bakı. 30 yanvar. REPORT.AZ/ Neftçala Sənaye Zonasında Azərbaycanda ilk balıq yemi istehsalı zavodu yaradılır. Bunun üçün dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb.

    "Report" xəbər verir ki, bu barədə yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov məlumat verib.

    Onun sözlərinə görə, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Tikinti işləri artıq tamamlanıb. Hazırda Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır. Bu ilin martından etibarən zavodun məhsullarının yerli bazara çıxarılması planlaşdırılır.

    Z.Salmanov deyib ki, zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Müəssisədə yüksəkixtisaslı mütəxəssislərlə bərabər, 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Layihənin icra olunacağı növbəti illərdə iş yerlərinin sayı daha da artırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi