​Azərbaycanda İnvestorlar Yarmarkası keçiriləcək

​Azərbaycanda İnvestorlar Yarmarkası keçiriləcək Bu il yarmarka bazar sistemini müəyyən edən və ümumi qaydalar toplusunun yaradılmasına yönələcək
Biznes
24 İyul , 2015 19:10
​Azərbaycanda İnvestorlar Yarmarkası keçiriləcək

Bakı. 24 iyul. REPORT.AZ/ Oktyabrın 9-da Azərbaycanda İnvestorlar Yarmarkası keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) məlumat verilib.

Məlumatda bildirilib ki, İnvestorlar Yarmarkasının əsas məqsədi üzvlər, investorlar, yaxud donorlar, xidmət təminatçıları və tərəfdaşlar arasında biznes dialoqlarının və əlaqələrin qurulması üçün forumun yaradılmasıdır.

Burada iştirakçılar potensial biznes müştəriləri və partnyorları ilə tanış olmaq, yeni maliyyələşmə və əməkdaşlıq imkanları haqqında müzakirələr aparmaq imkanlarından faydalanacaqlar.

Bu il yarmarka bazar sistemini müəyyən edən və ümumi qaydalar toplusunun yaradılmasına yönələcək.

Qurumun açıqlamasına görə, manatın devalvasiyası ilə bağlı hazırkı vəziyyət MMİ-lər və İnvestorların əksəriyyətində çaşqınlıq yaradıb və bu sessiya bazar oyunçularının effektiv və məsuliyyətli maliyyə xidmətlərinin istifadəsində yaranan əsas maneələrin və məhdudiyyətlərin aradan qaldırılmasına həsr ediləcək.

İnvestorlar Yarmarkasının iştirakçıları həmçinin təsisçilər, strateji baxımdan maraqlı tərəflər və texniki xidmət təminatçıları ilə şəbəkələşmə və yeni əməkdaşlıq qurma imkanları əldə edəcəkləri gözlənilir.

Son xəbərlər

Orphus sistemi