Yuxarı

Azərbaycanda gömrük orqanları ilə sahibkarlar arasında görüş keçirilib

DGK: İdxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi zamanı müəyyən güzəştlər nəzərdə tutulub

Bakı. 28 fevral. REPORT.AZ/ Fevralın 28-də Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib. "Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev, Komitə sədrinin müavinlərinin iştirak etdiyi görüşdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarlara görüşün əhəmiyyətindən danışıb. Məlumata görə, A.Əliyev iş adamları ilə görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

DGK sədri iş adamları ilə bugünkü görüşün dünyada baş verən maliyyə böhranı fonunda keçirilməsinin təsadüfi olmadığını, o cümlədən dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalvasiyası zamanı sahibkarlarla bu görüşün gerçəkləşməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

A.Əliyev bildirib ki,, mövcud şəraitdən yararlanmağa çalışan bəzi dırnaqarası iş adamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətləri yolverilməzdir və məhz bu amilin də əhali arasında müəyyən çaşqınlıq yaratdığını, həmçinin keçirilən görüşün də əsas məqsədinin bu kimi neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb.

Daha sonra Komitə sədrinin birinci müavini Səfər Mehdiyev çıxış edərək, son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən danışıb. O, həmçinin idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi ilə bağlı nəzərdə tutulan müəyyən güzəştlər barədə məlumat verib.

Sonra iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi