Azərbaycanda dövlət satınalmalarının sayı 18% artıb

Azərbaycanda dövlət satınalmalarının sayı 18% artıb 2018-ci ildə Azərbaycanda dövlət xətti ilə 8 964 satınalma həyata keçirilib.
Biznes
12 İyun , 2019 17:47
Azərbaycanda dövlət satınalmalarının sayı 18% artıb

2018-ci ildə Azərbaycanda dövlət xətti ilə 8 964 satınalma həyata keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 17,5% çoxdur.

Ötən il bağlanmış satınalma müqavilələrinin ümumi dəyəri isə 2 572 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 42,95% çoxdur.

2018-ci ildə satınalmalarla bağlı 265,2 milyon manat vəsaitə və yaxud müqavilələrin ehtimal olunan qiymətinin 9,3%-i qədər qənaət edilib. Bu rəqəmlər 2017-ci ildə müvafiq olaraq 145,8 milyon manat və 7,5% təşkil edib.

Ötən il dövlət büdcəsinin vəsaiti hesabına 6746 müsabiqə keçirilib. Bu, əvvəlki illə müqayisədə 16,05% çoxdur. Hesabat dövründə dövlətə məxsus idarə, müəssisə və təşkilatların xüsusi vəsaitləri hesabına keçirilmiş müsabiqələrin sayı isə 20,35% artaraq 2 046-ya çatıb. 

Son xəbərlər

Orphus sistemi