Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub Hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib
Biznes
14 Fevral , 2017 13:09
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub

Bakı. 14 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə bu gün növbəti özəlləşdirmə hərracı keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, keçirilən hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib.

Özəlləşdirilən 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60 kv.metr arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilən qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.

Hərracda özəlləşdirilən 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılan nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən Komitənin özəlləşdirmə portalında əks olunub.

Qeyd edək ki, növbəti belə bir hərrac fevralın 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi