Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilk tam elektron hərrac keçirilib

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilk tam elektron hərrac keçirilib Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Biznes
5 Dekabr , 2017 14:31
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilk tam elektron hərrac keçirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Komiyətə istinadən xəbər verir ki, əvvəlki hərraclardan fərqli olaraq bugünki hərrac tamamilə elektron şəkildə baş tutub.

Belə ki, Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi üzrə daxil olan sifarişlərin 3-ü də internetlə daxil olub. Həmçinin paytaxtın Yasamal və Xəzər rayonundakı qeyri-yaşayış sahələri üçün də vətəndaşlar onlayn rejimdə sifariş verib.

Ümumilikdə isə hərracda 15 əmlak özəlləşdirilib. Rəqabətli keçən hərracda özəlləşdirilmiş əmlaklardan 1-i “Ağsu Sənaye İnşaat” ASC, 14-ü isə Bakıda yerləşən istifadəsiz qeyri-yaşayış sahələridir.

Elektron sifariş verilməklə hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Nərimanov rayonundakı qeyri-yaşayış sahəsidir. Onun ümumi faydalı sahəsi 68 kv.m-dir. Əmlakın qiyməti hərracın gedişatı zamanı 20 min manatdan 38,7 min manata çatıb.

Rəqabətli formada özəlləşdirilən digər əmlak isə paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 113.4 kv.m olan əmlakın ilkin satış qiyməti 12,5 min manatdan 20,2 min manata yüksəlib.

Hərracda ən aşağı qiymətə özəlləşdirilmiş əmlak isə paytaxtın Yasamal rayonundakı qeyri-yaşayış sahəsi olub. Bu əmlak 3 min manata yeni sahibini tapıb.

Son xəbərlər

Orphus sistemi