Azərbaycanda dəmir yolu layihəsi üçün 400 min dollarlıq vakansiya elan edilib

Azərbaycanda dəmir yolu layihəsi üçün 400 min dollarlıq vakansiya elan edilib Qalib şirkət noyabrın 2-dən sonra müəyyənləşəcək
Biznes
19 Oktyabr , 2016 10:05
Azərbaycanda dəmir yolu layihəsi üçün 400 min dollarlıq vakansiya elan edilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Dəmir yolunun İnkişaf Proqramı çərçivəsində beynəlxalq şirkətlər üçün yeni vakansiya elan edib. “Report” xəbər verir ki, vakansiya üzrə əmək müqaviləsinin müddəti 6 ay nəzərdə tutulub.

Keyfiyyət və Dəyər əsasında Seçim (Quality and Cost-Based Selection - QSBS) metodu ilə keçirilən müsabiqənin qalibi olan şirkətin 2017-ci il fevralın 1-dən işə başlaması planlaşdırılır. Müsabiqənin məqsədi məsləhət xidmətləri göstərəcək şirkətin seçilməsidir.

Noyabrın 2-si Manila vaxtı ilə saat 12:00-dək vaxtı bitəcək elan üzrə koordinator üçün ümumilikdə 443 200 ABŞ dolları məbləğində ödəniş edilməsi nəzərdə tutulub.

Bu vakansiya üzrə məsul şəxs ADB-nin nəqliyyat layihələri üzrə nümayəndəsi Jenq Vu (Zheng Wu), agent qurum kimi isə “Azərbaycan Dəmir Yolları” QSC müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi