Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib Hazırda www.e-gov.az portalı üzərindən ən çox ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdən istifadə olunur
Biznes
20 İyul , 2017 15:49
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib

Bakı. 20 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı təqdim etdiyi 22 elektron xidmətdən indiyə qədər 130 minə yaxın insan istifadə edib.

Bu barədə “Report”a komitədən bildirilib.

Məlumata görə, hazırda www.e-gov.az portalı üzərindən ən çox ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdən istifadə olunur. Qeyd olunan xidmətlərdən 90 minə yaxın insan faydalanıb.

Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 93 302 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunun 28 348-i ilkin, 64 954-ü isə təkrar qeydiyyata aid olub.

“Daşınmaz əmlakın qeydiyyatı sisteminə, qeydiyyatda müddət və rüsumların optimallığına görə Azərbaycan dünyada qabaqcıl ölkələr sırasındadır. Bunu “Doing Business” reytinqləri də təsdiq edir. Sözügedən hesabatda Azərbaycan daşınmaz əmlakın qeydiyyatı üzrə 190 ölkə arasında 82,52 bal toplayaraq 22-ci yeri tutub”, - məlumatda bildirilib. 

Son xəbərlər

Orphus sistemi