Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib

Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib Hərracda ən yüksək qiymətə özəlləşdirilən Sumqayıtdakı stomatoloji poliklinika olub
Biznes
4 Aprel , 2017 14:09
Azərbaycanda daha 20 dövlət əmlakı hərracda özəlləşdirilib

Bakı. 4 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərrac keçirib.

Komitədən "Report"a bildirilib ki, hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. 

Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 8-i isə nəqliyyat vasitəsidir. Hərrac zamanı Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi, Azərbaycanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Beləki, adıçəkilən əmlak 350,2 min manata özəlləşdirilib. Bu kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda - Yevlax və Quba rayonlarında yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Quba rayonundakı "Şahmehi" MMC olub. Sözügedən əmlak 100 min manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir şəhəri və Kürdəmir rayonunda yerləşir. Nəqliyyat satışı üzrə isə ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.

Qeyd edək ki, ƏMDK tərəfindən növbəti hərrac aprelin 11-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi