Azərbaycanda daha 152 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 152 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb Avsustun 8-də Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək
Biznes
10 İyul , 2017 11:22
Azərbaycanda daha 152 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Report

Bakı. 10 iyul. REPORT.AZ/ Avsustun 8-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Komitədən “Report”a verilən məlumata görə, hərraca 152 dövlət əmlakı çıxarılıb.

Bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Bunlara “Zaqatala Sənaye Kombinatı”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Yevlax Yun” və s. aiddir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri isə Bakı, Gəncə, Lənkəran, Astara, Yevlax, Xızı və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 16 – 1 941 kv.m arasında dəyişir, məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında torpaq sahəsi 131,5 kv.m, ümumi faydalı sahəsi 127,5 kv.m olan 8 saylı çayxananı nümunə kimi göstərmək olar. Obyekt, paytaxtın Sabunçu rayonunda yerləşir və onun ilkin satış qiyməti 28 min manatdır.

Bundan başqa Yevlaxda olan 50 saylı mağaza da fəaliyyətini yenidən bərpa etməklə sərmayəçi üçün gəlirli əmlakdır. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 226 kv.m, ilkin satış qiyməti isə 30 min manat təşkil edir.

Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az vəsait tələb edən obyektlər də var. Belə ki, ümumi faydalı sahəsi 25 kv.m olan, Gəncədə yerləşən 282/45 saylı mağazanın ilkin satış qiyməti 5 100 manatdır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 78-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. 

Son xəbərlər

Orphus sistemi