Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha 10 dövlət əmlakı özəlləşdirilib

    Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

    Komitədən “Report”a verilən məlumata görə, hərracda Bakıda yerləşən 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, eləcə də 6 nəqliyyat vasitəsi özəlləşdirilib.

    Hərracda başlanğıc qiyməti 6 min manat olan “Volkswagen Passat” markalı avtomobil 8 min manata, başlanğınc qiyməti 1705 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 3 500 manat “əl dəyişdirib”. Hər iki avtomobil 2007-ci ilin buraxılışıdır.

    Özəlləşdirilən kiçik dövlət müəssisələrinə misal olaraq Bakının Xəzər rayonunda yerləşən, ümumi faydalı sahəsi 100 kv.m.-ə yaxın olan 128 saylı və 86 kv.m. olan 102 saylı mağazaları göstərmək olar.

    Sahibi dəyişmiş istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kv.m-dən çoxdur.

    Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

    http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi