Azərbaycanda daha 10 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 10 dövlət əmlakı özəlləşdirilib Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib
Biznes
8 Avqust , 2017 14:27
Azərbaycanda daha 10 dövlət əmlakı özəlləşdirilib

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” komitəyə istinadən xəbər verir ki, hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili olmaqla 10 əmlak özəlləşdirilib.

Sahibi dəyişən kiçik dövlət müəssisələri Ağcəbədi, Xızı, Lənkəran və Qobustan rayonlarında yerləşir. Bunlardan ən yüksək qiymətə özəlləşdiriləni Lənkərandakı Avtodəstə olub. Əmlakın torpaq sahəsi 11 383 kv.m, ümumi faydalı sahəsi isə 521 kv.m-ə yaxındır. Xızıda özəlləşdirilən yanacaq-doldurma məntəqəsinin isə torpaq sahəsi 3 min kv.m, ümumi faydalı sahəsi isə 93,6 kv.m-dir.

Qeyri-yaşayış sahələrinə gəlincə isə onlardan 3-ü Bakının Yasamal, Sabunçu, Nərimanov rayonlarında, 2-si isə Qobustan və Zərdab rayonunda yerləşir. Qobustandakı əmkakın torpaq sahəsi 96 kv.m, ümumi faydalı sahəsi isə 65,2 kv.m, Zərdabdakı əmlakın isə ümumi faydalı sahəsi 28 kv.m-dir. Bakının Nərimanov rayonunda özəlləşdirilmiş qeyri-yaşayış sahəsi isə 30 kv.m-ə yaxın ölçüyə malikdir. Ümumilikdə respublika üzrə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin ölçüsü 28-114,7 kv.m arasında dəyişir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Növbəti belə hərrac avqustun 15-də keçiriləcək. Bu hərraca 75 kiçik dövlət müəssisə və obyekti, 101 istifadəsiz qeyri-yaşayış sahəsi və 20 səhmdar cəmiyyət olmaqla 196 dövlət əmlakı çıxarılıb. Əmlaklarla tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2166

Son xəbərlər

Orphus sistemi