Yuxarı

Azərbaycanda bəzi siqaretlər ucuzlaşıb

Ucuzlaşma tələbatın azalması və qaçaqmalçılığın artması ilə bağlıdır

Bakı. 8 fevral. REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinə məxsus bir sıra brendlərə aid siqaretlərin Azərbaycan bazarında satış qiyməti azalıb.

Şirkətdən "Report"a bildirilib ki, məhsulların qiymətləri ucuzlaşdırılarkən əsas iki amil nəzərə alınıb: "Bunlardan biri alıcılıq qabiliyyəti, digəri isə qiymətlərin bahalaşmasından sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayının artması ilə bağlı olub. Bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib. JTI məhz bu amillərin qarşısını almaq məqsədilə belə bir addım atmalı olub".

Qeyd edək ki, şirkətə məxsus siqaret çeşidlərində, xüsusən də "Winston" (15%), "Sobranie" (29%), "Camel" (14%) üzrə ucuzlaşma qeydə alınıb.

"Sobranie" markalı siqaretin qiyməti 7 manatdan 5 manata, "Winston"un - 3,30 manatdan 2,80 manata, "Camel"in qiyməti isə 3,50 manatdan 3 manata düşüb", - deyə əlavə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi