Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Azərbaycana tütün məmulatlarının idxalı azalıb Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Biznes
19 Sentyabr , 2019 11:31
Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,321 milyon dollar və yaxud 14% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

8 ay ərzində Azərbaycandan 9,979 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,86 milyon dollar və yaxud 40,2% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi