Azərbaycana idxal olunan məhsullar bahalaşıb

Azərbaycana idxal olunan məhsullar bahalaşıb İxrac olunan məhsullar isə 4,2% ucuzlaşıb
Biznes
18 May , 2017 09:50
Azərbaycana idxal olunan məhsullar bahalaşıb

Bakı. 18 may. REPORT.AZ/ Mart ayında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 1,9%, MDB ölkələrindən - 1,1%, digər ölkələrdən idxal 2,2% bahalaşıb.

"Report" bu barədə idxal olunan məhsulların qiymət indekslərinə istinadən xəbər verir.

İxrac olunan məhsulların qiymət indekslərinə əsasən, 2017-ci ilin mart ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 4,2%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 0,2%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri isə 4,6% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan 149 ölkə ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac, 143 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, bu müddətdə xarici ticarət dövriyyəsi 5 090,9 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 578,1 mln. dollar, idxalın dəyəri 1 512,8 mln. dollar təşkil edib. Nəticədə, 2 065,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6% artıb, real ifadədə isə 16,4%, o cümlədən ixrac 9,2%, idxal 27,3% azalıb.

Son xəbərlər

Orphus sistemi