​Azərbaycana humanitar yardım artıb

​Azərbaycana humanitar yardım artıb Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 70,2% artaraq 2016-ci ilin yanvar-aprel ayları ərzində 13 738 min dollara çatıb
Biznes
4 İyun , 2016 13:37

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycana humanitar yük, təmannasız kömək və texniki yardım idxalının həcmi artıb. 

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 70,2% artaraq 2016-ci ilin yanvar-aprel ayları ərzində 13 738 min dollara çatıb.

Hesabat dövründə bu məhsulların ixracında isə azalma qeydə alınıb. İxrac 2,4 dəfə azalaraq 54,16 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın cəmi xarici ticarət dövriyyəsinin həcmi 5,044 mlrd. dollar təşkil edib. Bunun da 2,594 mlrd. dolları idxal, 2,450 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi