Azərbaycana avtomobil idxalı 76% artıb

Azərbaycana avtomobil idxalı 76% artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 39 988 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Biznes
16 Dekabr , 2019 17:50
Azərbaycana avtomobil idxalı 76% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 39 988 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 274 ədəd və yaxud 76,05% çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 259 ədəd və yaxud 2,1 dəfə artaraq 494 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 15 632 ədəd və yaxud 76,52% artaraq 36 061 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 323 ədəd və yaxud 68,3% artaraq 3 261 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 60 ədəd və yaxud 53,6% artaraq 172 ədəd olub.

Son xəbərlər

Orphus sistemi