Azərbaycan Xorvatiyadan gübrə idxal edə bilər

Azərbaycan Xorvatiyadan gübrə idxal edə bilər Azərbaycan isə Xorvatiyaya kimya sənayesi məhsullarının ixracında maraqlıdır
Biznes
25 Oktyabr , 2016 12:57
Azərbaycan Xorvatiyadan gübrə idxal edə bilər

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycan Xorvatiyanın idxal etdiyi bir sıra kimya sənayesi materiallarının əsas ixracatçısıdır". "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes-forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

R.Məmmədovun sözlərinə görə, Azərbaycan Xorvatiyadan da bir sıra məhsullar idxal etməyə hazırdır: "Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsulları ABŞ, Braziliya, Cənubi Koreya və başqa ölkələrin bazarlarına çıxarılır. Düşünürəm ki, Xorvatiya da bu məhsulları idxal edə bilər. Həmçinin, biz də Xorvatiya istehsalı olan bir sıra məhsulların idxalı ilə bağlı müzakirələr aparmağa hazırıq. Xüsusən də, kənd təsərrüfatı gübrələrini idxal etməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi