"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" açıq müsabiqələr keçirir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" açıq müsabiqələr keçirir Müsabiqələr üç bölmə üzrə aparılır
Biznes
18 Yanvar , 2017 10:28
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqələr keçirir

Bakı. 18 yanvar. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qazanxanalarda istilik sisteminin quraşdırılması işləri və laboratoriya binasının pilləkən marşı və meydançasına mərmərin vurulması işlərinin alınması məqsədilə açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər "www.acsc.az" saytının "Yüklə" bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 24 yanvar saat 18:00-dır. Sənədlər Bakı, Rəsulzadə küçəsi,5 ünvanına təqdim edilməlidir.

Bundan başqa, Gəmiçilik müxtəlif çıraqların alınması məqsədilə də açıq müsabiqə keçirir. Müsabiqədə iştirak üçün 25 yanvar saat 18:00-dək müraciət etmək olar. Sənədlərin təqdimedilmə ünvanı eynidir.

Son xəbərlər

Orphus sistemi