Bakı. 29 mart. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC oksigen və maye qaz balonları, təsərrüfat malları, torna və ölçü alətləri, neptun markalı "Deydvud" qurğusunun ehtiyat hissələrinin alınması məqsədilə açıq müsabiqə elan edib.
"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyənlər www.ascs.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədlər və ətraflı məlumat əldə edə bilərlər.
Müraciət üçün son müddət aprelin 5-i saat 18:00-dəkdir.
Sənədlər Bakı şəhəri, M.Ə.Rəsulzadə,5 ünvanına təqdim edilməlidir.