Azərbaycan xarici ticarət dövriyyəsinin 1,6 mlrd. dollarlıq müsbət saldosu yaranıb

Azərbaycan xarici ticarət dövriyyəsinin 1,6 mlrd. dollarlıq müsbət saldosu yaranıb İdxal 15,44% azalaraq 2 816,9 mln. dollar, ixrac 44,05% artaraq 4 450,1 mln. dollar təşkil edib
Biznes
10 İyun , 2017 16:13
Azərbaycan xarici ticarət dövriyyəsinin 1,6 mlrd. dollarlıq müsbət saldosu yaranıb

Bakı. 10 iyun.REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,18% artaraq 7 267,0 mln. ABŞ dollarına çatıb.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddətdə idxal 15,44% azalaraq 2 816,9 mln. dollar, ixrac 44,05% artaraq 4 450,1 mln. dollar təşkil edib.

Beləliklə, cari ilin yanvar-may ayları ərzində xarici ticarət dövriyyəsində 1 633,2 mln. dollarlıq müsbət saldo yaranıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə mənfi saldo 281,5 mln. dollar təşkil edib.

Hesabata əsasən, Azərbaycan cari ilin ilk 5 ayı ərzində 155 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Bu müddətdə Azərbaycan 2 183 adda məhsul ixracı həyata keçirib, ölkəyə isə 6 604 adda məhsul idxal olunub.

Son xəbərlər

Orphus sistemi