Azərbaycan xarici ticarət dövriyyəsini 15% artırıb

Azərbaycan xarici ticarət dövriyyəsini 15% artırıb Bu ilin I rübündə xarici ticarətdə 1,1 mlrd. dollarlıq müsbət saldo yaranıb
Biznes
13 Aprel , 2017 15:55
Azərbaycan xarici ticarət dövriyyəsini 15% artırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 4,119 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur.

Hesabat dövründə Azərbaycandan ixracın dəyəri 49,2% artaraq 2,606 mlrd. dollar, Azərbaycana idxalın dəyəri isə 17,1% azalaraq 1,513 mlrd. dollar olub.

Son nəticədə xarici ticarətdə 1,094 mlrd. dollarlıq müsbət saldo yaranıb. Xatırladaq ki, ötən ilin eyni dövründə xarici ticarətdə 78 mln. dollarlıq mənfi saldo qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi