Azərbaycanın və Türkiyənin statistika qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın və Türkiyənin statistika qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Biznes
5 Dekabr , 2016 18:43
Azərbaycanın və Türkiyənin statistika qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

"Report"un Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, T.Budaqov iki ölkə arasında əlaqələrin mühüm strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

Səfir Erkan Özoral öz növbəsində səmimi görüşə və təbrikə görə təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından söz açıb, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini bildirib.

Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi