Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşüblər

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşüblər Görüş Azərbaycan-Rusiya sərhədində yaranmış sıxlığı aradan qaldırmaq məqsədilə baş tutub
Biznes
11 Noyabr , 2016 16:04
Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşüblər

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya sərhədində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb. 

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyəti Rusiya tərəfdəki sərhəd-keçid məntəqəsində yaranan problemin avtonqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. Rusiyanın gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün DGK-nın rəhbərliyi ilə Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. 

Son xəbərlər

Orphus sistemi