Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya gömrükçüləri görüşüblər

    Görüşdə son günlər iki ölkənin sərhəddində sıxlığının yaranma səbəbləri müzakirə edilib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Rusiya-Azərbaycan sərhədində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib. 

    Məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin qatıldığı toplantıda Azərbaycanın “Samur” və Rusiyanın “Yaraq Qazmalar” sərhəd-keçid məntəqələrində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunması ilə bağlı vəziyyət müzakirə olunub.

    Görüşdə son günlər sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbləri, sıxlığın aradan qaldırılma üsulları və bu sahədə həyata keçirilən qarşılıqlı səylər haqda danışılıb. Bildirilib ki, sıxlığın yaranmasının səbəblərindən biri mövsümlə əlaqədar Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin sayının artmasıdır.

    Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyini ifadə ediblər.

    Sonda işçi görüşün protokolu imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi