Azərbaycan və Rusiya gəmiqayırma, kənd təsərrüfatı maşınqayırması və əczaçılıq sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Report" Rusiya Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Azərbaycanın İqtisadiyyat naziri
Görüşdə Rusiya ilə Azərbaycan arasında sənaye sahəsindəki əməkdaşlığın vacib sahələrindən biri kimi avtomobilqayırma və vaqonqayırma sahəsi fərqləndirilib.
"O cümlədən Gəncə Avtomobil Zavodu ilə birgə həyata keçirilən KAMAZ avtomobillərinin yığımı layihəsi uğurla inkişaf edir. Aviatikinti sahəsində əsas layihə Azərbaycanda "Mi" tipli helikopterlərə texniki xidmətin göstərilməsi və onların təmiri üzrə xidmət mərkəzinin yaradılmasıdır", - nazirlikdən bildirilib.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsi 25%-dən çox artaraq 2,2 milyard dollar təşkil edib, Rusiyadan Azərbaycana ixrac isə 30%-dən çox artaraq 1,6 milyard dollara çatıb.