Yuxarı

Azərbaycan və ​Qazaxıstan gömrükdə "yaşıl zona" yaradacaq

Artıq bununla bağlı tərəflər arasında ilkin müzakirələr aparılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan ilə Qazaxıstan arasında gömrük keçidlərində "yaşıl zona"nın yaradılmasına dair tərəflər arasında müzakirələr aparılıb, lakin bununla bağlı hələ konkret qərar qəbul olunmayıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri Qazaxıstan sərhədində yükləri ləngiyən sahibkarların yüklərinin artıq buraxıldığını da deyib: "Artıq yüklər buraxılıb və aydınlaşdırırıq ki, nə səbəbə onlar saxlanılmışdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi