Azərbaycan və Hindistan arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanacaq

Azərbaycan və Hindistan arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanacaq Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
Biznes
10 Dekabr , 2018 15:32
Azərbaycan və Hindistan arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. 

Bu barədə “Report”a DGK-nın Mətbuat xidmətindən məlumat verilib.

Səfiri salamlayan S.Mehdiyev iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Komitə sədri eyni zamanda Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Azərbaycan və Hindistan arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran Komitə sədri, həmçinin ticarət əməkdaşlığının genişləndiyini, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. S.Mehdiyev hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

S.Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycan və Hindistanın tarixi əlaqələrə malik olduğunu vurğulayıb.

Səfir Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük xidmətində inkişafa nail olunduğunu deyib, iqtisadi sahədə, eləcə də gömrük işi sahəsində Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bölüşüb. Azərbaycan və Hindistan arasında qarşılıqlı əlaqələrin genişləndiyini deyən Sanjay Rana, bu əməkdaşlığın bir çox sahədə, eləcə də gömrük sahəsində böyük potensiala malik olduğunu söyləyib.

Görüşdə yaxın zamanlarda imzalanması gözlənilən "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyi və tərəflərin inteqrasiyasını sürətləndirəcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Son xəbərlər

Orphus sistemi