​Azərbaycan Ukraynadan un idxalını kəskin azaldıb

​Azərbaycan Ukraynadan un idxalını kəskin azaldıb 2014/15-ci illər mövsümündə ixracın yarıdan çoxu Asiya ölkələrinin payına düşüb
Biznes
18 Avqust , 2015 08:51
​Azərbaycan Ukraynadan un idxalını kəskin azaldıb

Bakı. 18 Avqust. REPORT.AZ/ Azərbaycan 2014/2015-ci illər mövsümündə Ukraynadan un idxalını kəskin azaldıb.

"Report" xəbər verir ki, bu barədə "UkrAqroKonsalt" Analitik Mərkəzinin məlumatında bildirilir.

Statistikaya əsasən, Ukraynadan idxal olunan bütün un məhsulunun yarıdan çoxu Asiya ölkələrinin payına düşür. Burada ilk növbədə söhbət Çin, Cənubi Koreya və Filippindən gedir. 2014/15-ci illər mövsümündə ixrac edilən unun 52 faizi bu ölkələrin payına düşüb.

Eyni zamanda Ukrayna mənşəli unun Moldova, Rusiya, Azərbaycan və Gürcüstan kimi ənənəvi satış bazarlarına ixracı kəskin surətdə azalıb.

2014/15-ci illər mövsümündə un istehsalının azalmasına baxmayaraq, daxili bazarda qiymətlərin qalxması və devalvasiya fonunda ixrac artıb və ötən ilin 230 min tonuna nisbətdə 260 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi