Azərbaycan tütün ixracını 31%-ə qədər artırıb

Azərbaycan tütün ixracını 31%-ə qədər artırıb ​Azərbaycan tütün ixracını 31%-ə qədər artırıb
Biznes
20 İyul , 2019 17:36
Azərbaycan tütün ixracını 31%-ə qədər artırıb
google.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 320,37 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 816,39 min dollar və yaxud 14,66% azdır.

Bu ilin ilk yarısında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,73%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 7 233,43 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 705,36 min dollar və yaxud 30,81% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,06%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi