Azərbaycan tütün idxalını 30% artırıb

Azərbaycan tütün idxalını 30% artırıb Bu sahədə ixrac isə 5% artıb
Biznes
15 Aprel , 2017 12:35
Azərbaycan tütün idxalını 30% artırıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycana 30,248 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6,928 mln. dollar və yaxud 29,7% çoxdur.

I rübdə ölkəyə idxal olunmuş tütün və tütün məmulatları ümumi idxalın 2%-ni təşkil edib. 

Hesabat dövründə Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 4,147 mln. dollar təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 201 min dollar və yaxud 5,1% çoxdur. 

3 ay ərzində tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,2%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi