Azərbaycan şirkətləri Almaniyada meyvə-tərəvəz sərgisində iştirak edəcək

Azərbaycan şirkətləri Almaniyada meyvə-tərəvəz sərgisində iştirak edəcək Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 7-9-da Berlində (Almaniya) Fruit Logistica meyvə-tərəvəz sərgisi keçiriləcək.
Biznes
5 Fevral , 2018 15:23
Azərbaycan şirkətləri Almaniyada meyvə-tərəvəz sərgisində iştirak edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 7-9-da Berlində (Almaniya) "Fruit Logistica" meyvə-tərəvəz sərgisi keçiriləcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə 84 ölkədən 3 mindən çox şirkətin iştirakı nəzərdə tutulur.

Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, "Fruit Logistica" meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Son xəbərlər

Orphus sistemi