Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli vəzifəsini tərk edir.
"Report"un əldə etdiyi məlumata görə, sədr assosiasiyaya bu ilin sonuna qədər rəhbərlik edəcək.
Gələn ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.