“Azersun Holding”in rəhbəri Abdolbari Gozal vəfat edib

“Azersun Holding”in rəhbəri Abdolbari Gozal vəfat edib “Azərsun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl vəfat edib.
Biznes
18 Yanvar , 2025 22:08
“Azersun Holding”in rəhbəri Abdolbari Gozal vəfat edib

“Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gozal vəfat edib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azersun Holding"in qurucusu Abdolbari Gozal vəfat edib”, - “Azersun Holding”in yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Abdolbari Gozal 1949-cu ildə İranın Maku şəhərində anadan olub. 1997-ci ildə "Azersun Holding"i yaradıb. O, həm də “Qarabağ” futbol klubunun fəxri prezidenti idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi