Azərbaycan Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin İdarə Heyətinin sədri Abdurrahman Uzun iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalayıb.
Biznes
16 Yanvar , 2018 17:50
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin İdarə Heyətinin sədri Abdurrahman Uzun iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalayıb.

Bu barədə “Report”a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki təşkilatın gələcəkdə birgə əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər müzakirə edilib. Qurumun fəaliyyəti ilə bağlı məlumat verən A.Uzun bildirib ki, dünyanın müxtəlif ölkələrində yeni şöbələri açılan MÜSİAD-in Azərbaycan şöbəsi artıq 8 aydan çoxdur ki, Bakıda fəaliyyətə başlayıb. A.Uzun qeyd edib ki, MÜSİAD 1993-cı ildə 12 iş adamı tərəfindən təsis olunub, hazırda isə 11 mindən çox üzvü öz ətrafında birləşdirir. 60 mindən çox müəssisəni, 1,6 mln. işçini əhatə edən MÜSİAD-in 68 ölkədə 181 şöbəsi var.

MÜSAİD rəhbərinin sözlərinə görə, dərnəyin Azərbaycan şöbəsi sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin təşviqi istiqamətində bir sıra layihə və proqramlar reallaşdırmağı planlaşdırır.

Qurum rəhbəri MÜSİAD-in Azərbaycan şöbəsinin digər hədəfinin milli və beynəlxalq səviyyədə üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi gücləndirmək, iki ölkənin inkişafına töhfə vermək olduğunu qeyd edib. Bildirib ki, hazırda 35 üzvü olan şöbə fəaliyyətinin birinci ili ərzində üzvlərinin sayının 100-ə, üç ildə isə 500-ə çatdırmağı hədəf qoyub.

Görüş zamanı razılaşdırılıb ki, yaxın müddətdə Türkiyədə fərqli sahələrdə uğur qazanmış iş adamları Azərbaycana dəvət ediləcək. Məqsəd onların təcrübəsinin azərbaycanlı iş adamları ilə paylaşılmasıdır. Yerli iş adamları ilə birlikdə bazarı araşdırıb, yeniliklər əldə etmək naminə bir sıra səyahətlərin təşkili də nəzərdə tutulur. Bundan əlavə, MÜSİAD Türkiyədən və ya dünyanın başqa ölkələrindən Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərə dəstək olmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi