Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 095,306 mln. ABŞ dolları təşkil edib.
Biznes
18 İyun , 2019 16:22
Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 19% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 095,306 mln. ABŞ dolları təşkil edib. 

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 176,021 mln. dollar, yaxud 19,15% çoxdur.

Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 7,6% olub.

Yanvar-may aylarında Azərbaycanın Rusiyaya ixracının dəyəri 278,663 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 28,52 mln. dollar və yaxud 11,4% çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 816,643 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 147,501 mln. dollar, yaxud 22% çoxdur.

Beləliklə, Azərbaycanın şimal qonşusu üzrə ixracının ümumi ixracdakı payı 3,2%, idxalının ümumi idxaldakı payı isə 14% olub. 

Son xəbərlər

Orphus sistemi