Azərbaycan Rusiya ilə sərhəddə skaner avadanlıqları quraşdırıb

Azərbaycan Rusiya ilə sərhəddə skaner avadanlıqları quraşdırıb Növbəti mərhələdə Gürcüstan istiqamətində olan dəmir yolu xətlərində analoji aparatlar quraşdırılacaq
Biznes
29 İyul , 2015 14:05
Azərbaycan Rusiya ilə sərhəddə skaner avadanlıqları quraşdırıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanın Gürcüstan istiqamətində dəmir yolu xətlərində irihəcmli skaner aparatlarının quraşdırılması planlaşdırılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib.

Komitə rəsmisinin sözlərinə görə, bu avadanlıqlar insanların gömrük keçid məntəqələrində vaxt itkisini minimuma endirəcək: "Avtomobillərin rahat keçidini təmin etmək üçün skaner avadanlıqları bütün sərhəd keçid məntəqələrində quraşdırmışıq. İndi isə dəmir yolu xətlərində bu avadanlıqların quraşdırılmasına çalışırıq. Artıq Rusiya istiqamətində olan dəmir yolu xətlərində həmin avadanlıqları quraşdırmışıq. Növbəti mərhələdə Gürcüstan istiqamətində olan xətlərdə və beynəlxalq ticarət limanında bu işləri planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi