Yuxarı

​Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib

Forumda iki ölkədən 150-dən çox iş adamı iştirak edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib. Tədbir Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutub.

"Report"un xəbər verdiyi kimi, forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, İKT, sənaye, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, son illər ərzində Azərbaycan və Polşa arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi