​Azərbaycan parlamenti "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edib

​Azərbaycan parlamenti "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edib Tender təklifləri qiymətləndirilərkən yerli mallara üstünlük veriləcək
Biznes
19 Yanvar , 2016 15:35
​Azərbaycan parlamenti Dövlət satınalmaları haqqında qanuna dəyişiklik edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında" qanunda dəyişikliklərin edilməsi barədə qanun layihəsi qəbul edilib.

"Report"un məlumatına görə, qanuna dəyişikliyə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-nə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək.

Son xəbərlər

Orphus sistemi