Azərbaycanın növbəti ixrac missiyası Dubaya gedir

Azərbaycanın növbəti ixrac missiyası Dubaya gedir Missiyaya 20 yerli şirkət daxildir
Biznes
25 Noyabr , 2016 16:24
Azərbaycanın növbəti ixrac missiyası Dubaya gedir

Bakı. 25 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə noyabrın 27-dən 30-dək Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə ixrac missiyası təşkil edəcək. 

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, Azərbaycanda İxracın və İnvesitisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan şirkətlərinin nümayəndələrinin daxil olduğu missiya səfər zamanı “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaq, AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Missiyaya müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

Son xəbərlər

Orphus sistemi