Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşovun əmri ilə Yusif Axundov qurumun icraçı direktoru, Şahin Həsənli isə katibi vəzifəsinə təyin edilib.
"Report" bu barədə assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, Y.Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini bitirib. Əmək fəaliyyətinə 2002-ci ildə “
Ş.Həsənli isə 2008-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyatının tənzimlənməsi fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirib. 2011- 2017-ci illərdə "Kapital Bank” ASC-nin kredit şöbəsində çalışıb.
Xatırladaq ki, ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ölkədə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri ətrafına toplayıb. Assosiasiyanın sədri F.Qaraşov ötən ay Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimai Şurasının sədri seçilib.