Yuxarı
    Bağlamaq

    Azərbaycan "Mi-17" helikopterləri üçün ehtiyat hissələri alacaq

    Bunun üçün Dövlət Sərhəd Xidməti tender elan edib

    Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) "Mi-17-1V" tipli helikopterlər üçün ehtiyat hissələrinin alınması ilə bağlı tender elan edib. “Report” xəbər verir ki, iştirakçılar heç bir halda geri qaytarılmayan 1 500 manatlıq iştirak haqqı ödəməlidir.

    Həmçinin, zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olacaq tender təklifi dəyərinin 2%-i həcmində bank təminatının da təqdim edilməsi tələb olunur.

    İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabrın 19-u saat 17:00-dək, tender təklifi, bank zəmanəti və iş qrafikini isə sentyabrın 28-i saat 16:00-dək Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasına təqdim etməlidirlər.

    Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcəyi bəyan edilib.

    İddiaçıların təklifləri sentyabrın 29-u saat 15:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi