Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb

Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası biznes-forumunda 3 anlaşma memorandumu imzalanıb
Biznes
20 Oktyabr , 2017 10:53
Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb.

"Report" xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə KƏŞ ölkələri Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu, "Azpromo" ilə Səudiyyə Ərəbistanının Yanbu şəhəri Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu, habelə Azərbaycan Standartlaşma İnstitutu və KƏŞ Standartlaşdırma Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi