Azərbaycan içki idxalını 54% artırıb

Azərbaycan içki idxalını 54% artırıb Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,8% paya malikdir
Biznes
30 İyun , 2017 17:53
Azərbaycan içki idxalını 54% artırıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 10 152,09 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1 695,54 min dollar və yaxud 20,05% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,23%-ni təşkil edib.

Bu ilin ilk 5 ayı ərzində isə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 23 163,79 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 8 156,47 min dollar və yaxud 54,35% çoxdur.

Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,82%-lik paya malik olub.

Son xəbərlər

Orphus sistemi