Azərbaycan İranla ticarət dövriyyəsini 2 dəfədən çox artırıb

Azərbaycan İranla ticarət dövriyyəsini 2 dəfədən çox artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 288,818 mln. ABŞ dolları təşkil edib.
Biznes
18 İyun , 2019 17:46
Azərbaycan İranla ticarət dövriyyəsini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 288,818 mln. ABŞ dolları təşkil edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 164,672 mln. dollar, yaxud 2,3 dəfə çoxdur.

Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 2% olub.

Yanvar-may aylarında Azərbaycanın İrana ixracının dəyəri 20,694 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 12,029 mln. dollar, yaxud 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İrandan idxalının dəyəri isə 268,125 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 152,644 mln. dollar, yaxud 2,3% çoxdur. 

Beləliklə, Azərbaycanın şimal-qərb qonşusu üzrə ixracının ümumi ixracdakı payı 0,2%, idxalının ümumi idxaldakı payı isə 4,6% olub. 

Son xəbərlər

Orphus sistemi