Azərbaycan humanitar yük ixracını artırıb

Azərbaycan humanitar yük ixracını artırıb İdxalda da illik 42% artım qeydə alınıb
Biznes
5 İyun , 2017 19:45
Azərbaycan humanitar yük ixracını artırıb
Report.az

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycana bu ilin yanvar-aprel ayları ərzində 19 460,62 min dollar dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 722,73 min dollar və ya 42% çoxdur.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxracda da artım qeydə alınıb. Hesabat dövründə 150,91 min dollar həcmində humanitar yük, təmannasız kömək və texniki yardım ixrac edilib ki, bu da illik müqayisədə 96,75 min dollar və ya 2,8 dəfə artım deməkdir.

Son xəbərlər

Orphus sistemi