Azərbaycan gələn il üçün qeyri-neft məhsullarının ixrac xərclərini 50% artırıb

Azərbaycan gələn il üçün qeyri-neft məhsullarının ixrac xərclərini 50% artırıb Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin dövlət büdcəsindən qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərə 15 mln. manat ayrılacaq.
Biznes
27 Dekabr , 2017 17:14
Azərbaycan gələn il üçün qeyri-neft məhsullarının ixrac xərclərini 50% artırıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin dövlət büdcəsindən qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlərə 15 mln. manat ayrılacaq.

“Report” bu barədə 2018-ci ilin dövlət büdcəsinə istinadən xəbər verir.

Bildirək ki, 2017-ci ilin dövlət büdcəsində bu istiqamət üçün 10 mln. manat nəzərdə tutulub. Bu isə, öz növbəsində, gələn il bu istiqamətdə ayrılacaq vəsaitin həcmində 50% artım olmasını göstərir.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 1 386,7 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu da cəmi ixracın (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla) 11%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi